Bank Of Baku

Ukraynada jurnalist Georgi Qonqadzenin qətlində təqsirləndirilən generalın məhkəməsi başlayır

Ukraynada jurnalist Georgi Qonqadzenin qətlində təqsirləndirilən generalın məhkəməsi başlayır
# 21 aprel 2011 15:49 (UTC +04:00)
Bakı – APA. Ukraynanın paytaxtı Kiyevin Peçora rayon Məhkəməsi jurnalist Georgi Qonqadzenin qətlində təqsirləndirilən Daxili İşlər Nazirliyinin sabiq generalı Aleksey Pukaçın işi üzrə məhkəmə prosesinin vaxtını təyin edib. APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, məhkəmə aprelin 28-də başlayacaq.

İstintaq zamanı sübut olunub ki, A. Pukaç 2000-ci ilin may-sentyabr ayında o vaxtkı daxili işlər naziri Yuri Kravçenkonun göstərişi ilə G. Qonqadzeni öldürüb. O, 2003-cü ildə xidməti vəziyyətindən sui-istifadə edərək Qonqadzenin qanunsuz izlənməsi ilə bağlı rəsmi sənədlərin məhvinə dair əmr verib, bu isə jurnalistin qətli üzrə istintaqın işini çətinləşdirib.

Qeyd edək ki, bu ilin martında iş üzrə keçmiş prezidenti Leonid Kuçma haqqında da cinayət işi qaldırılıb. Kuçmanın nazir Kravçenkoya Qonqadzeni aradan götürmək tapşırığı verdiyi iddia olunur. Nazir Karvçenko 2005-ci ildə vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR