Bank Of Baku

Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi Qiqi Bokeriya Gürcüstan Azərbaycanlı Tələbələr Assosiyasiyasının üzvləri ilə görüşüb

Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi Qiqi Bokeriya Gürcüstan Azərbaycanlı Tələbələr Assosiyasiyasının üzvləri ilə görüşüb
# 22 aprel 2011 04:26 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi Qiqi Bokeriya və onun müavini Tamara Kintsuraşvili Gürcüstan Azərbaycanlı Tələbələr Assosiyasiyasının (GATA) fəal üzvləri ilə görüşüblər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüş Gürcüstan prezidentinin dəftərxanasında baş tutub. Məlumata görə, görüşdə Gürcüstanın akkreditə edilən müxtəlif universitetlərində təhsil alan 25 nəfər azərbaycanlı tələbə iştirak edib.
Görüşdə Qiqi Bokeriya azərbaycanlı gənclərin problemləri, onların Kvemo-Kartli bölgəsində, eləcə də ölkədə baş verən proseslərə baxışları ilə maraqlanıb. Söhbətdə təhsil, vətəndaş və Avropa inteqrasiyası, insan hüquqları və demokratiya sahələrinə də toxunulub. Eyni zamanda Gürcüstanda hökumətin etnik azlıq məsələsində əldə etdikləri uğurları və yeni perspektivləri müzakirə olunub. Bokeriya eyni zamanda tələbələrin suallarını cavablandırıb, ürək sözlərini dinləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR