Bank Of Baku

Çeçenistanda “Əl-Qaida”nın emissarı öldürülüb

Çeçenistanda “Əl-Qaida”nın emissarı öldürülüb
# 22 aprel 2011 07:30 (UTC +04:00)
Bakı – APA. Aprelin 21-də Çeçenistanın Kurçaloy rayonu ərazisində 2 silahlı şəxs öldürülüb. Onlardan biri dəstə başçısı və “Əl-Qaida”nın emissarıdır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Kurçaloy rayonunun Niki-Xita kəndi yaxınlığındakı meşədə operativ-axtarış tədbirləri həyata keçirən milis əməkdaşları bir qrup silahlı şəxslə qarşılaşıblar. Silahlılar müqavimət göstərib. Cavab atəşi ilə dəstə başçısı, 1969-cu il təvəllüdlü İordaniya vətəndaşı Xalid Yusif Məhəmməd Əl-Əmirat və Qroznı şəhərinin 1986-cı il təvəllüdlü sakini, Sultıqov soyadlı şəxs öldürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR