Bank Of Baku

Dağıstan dəmir yolunda beşinci partlayıcı qurğu aşkar edilib

Dağıstan dəmir yolunda beşinci partlayıcı qurğu aşkar edilib
# 23 aprel 2011 20:27 (UTC +04:00)
Bakı-APA. Bir gün ərzində Dağıstan dəmir yolunun Qızılyurt-Temirqoyev hissəsində beşinci partlayıcı qurğu aşkar edilib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Dağıstan Respublikasının Federal Təhlükəsizlik Xidmətinin nümayəndəsi bildirib ki, partlayıcı qurğu telefon vasitəsi ilə işə salınmalı idi. Sapyorlar minanı zərərləşdirib.
Bu gün səhər Dağıstan dəmir yolunun bu hissəsində partlayış baş vermişdi. Orada daha üç mina aşkar edilmişdi. Partlayış nəticəsində ölən və yaralanan olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR