Bank Of Baku

Mixail Kasyanov: “2008-ci ildə Cənubi Osetiyada baş vermiş müharibə Putinin əməlidir”

Mixail Kasyanov: “2008-ci ildə Cənubi Osetiyada baş vermiş müharibə Putinin əməlidir”
# 26 aprel 2011 13:21 (UTC +04:00)
Bakı – APA. “Rusiya hakimiyyəti 2008-ci ilin avqustunda Gürcüstan prezidenti Mixail Saakaşvilini müharibəyə təhrik edib”. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, bunu Rusiya Xalq Azadlıq Partiyasının həmsədri, sabiq baş nazir Mixail Kasyanov Moskvadakı Beynəlxalq Karnegi Fondunda çıxışında deyib. O bildirib ki, müharibəni faktiki olaraq Putin törədib: “Çünki müharibədən əvvəlki 6 ay ərzində Gürcüstan sərhədinə Kursk döyüşündə olan hərbi texnikadan daha çox texnika cəmləşdirilib”.

M. Kasyanov əmindir ki, müharibə əvvəlcədən planlaşdırılıb və Saakaşvili təhrik edilib. Onun fikrincə, bu, Cənubi Osetiya ilə Gürcüstan arasında deyil, Rusiya hakimiyyəti ilə Gürcüstan arasındakı müharibə idi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR