Bank Of Baku

Avropa Komissiyası Lukaşenkonu prezident saymadığı üçün onun Barrozonu “kozyol” adlandırmasına reaksiya verməyəcək

Avropa Komissiyası Lukaşenkonu prezident saymadığı üçün onun Barrozonu “kozyol” adlandırmasına reaksiya verməyəcək
# 27 aprel 2011 13:12 (UTC +04:00)
APA-nın “İnterfaks-Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Avropa Komissiyasındakı mənbə bildirib. O, Avropa Birliyinin Lukaşenkonu demokratik yolla seçilmiş prezident kimi tanımadığını bəyan edib: “Avropa Komissiyasında adi insanların bəyanatlarını şərh etmək praktikası yoxdur”. Komissiyanın rəsmi nümayəndəsi Olivye Balli də bu mövqeni təsdiqləyib.

Qeyd edək ki, A. Lukaşenko Avropa Birliyi ölkələrinin Belarusa qarşı iqtisadi sanksiyalar tətbiq etmək üçün ciddi cəhdlər göstərdiyini vurğulayıb: “Onlar sadəcə olaraq yaramazdır. Ona görə də mən hansısa Barrozolar, digər “kozyol”lar, öküzlər haqqında danışmaq istəmirəm. Biz onların ideoloji düşməniyik. Onlar üçün təhlükəliyik. Söhbət demokratiya və ya diktaturadan getmir. Bizə belə demokratiya lazım deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR