Viktor Yanukoviç: “Azərbaycan iqtisadiyyatı ilbəil çox yüksək sürətlə inkişaf edir”
Bunlar onu göstərir ki, Azərbaycan iqtisadiyyatı ilbəil çox yüksək sürətlə inkişaf edir. Bizim üçün bu, hər hansı kəskin daxili və xarici siyasi dəyişiklikləri qəbul etməyən dövlət idarəçiliyi sisteminin necə səmərəli işləyə bilməsini göstərən əyani nümunədir. Yəni, sabitlik dövlətin inkişafının əsasıdır, Ukrayna prezidenti deyib.
O məmnunluqla bildirib ki, Azərbaycanın Ukraynaya münasibətdə siyasəti də bu sabitliyin tərkib hissəsidir. “Bu ənənələr hələ Heydər Əliyevlə başlanmışdır. Ukrayna üçün çox ağır illərdə Heydər Əliyev bizə kömək əlini uzatmışdır. O vaxt, 1990-cı illərdə Ukraynada yanacaq-sürtkü materialları yox idi. Azərbaycan həmin məhsulların əldə olunmasında Ukraynaya kömək etdi və biz ölkəmizdə kənd təsərrüfatı işlərini yanacaqla təmin etdik və bütövlükdə ölkəyə necə deyərlər, bir udum oksigen verdik. Ukrayna xalqı bunu unutmur, Heydər Əliyevin ruhu şad olsun”, o deyib.
Viktor Yanukoviç geyd edib ki, ölkələrimiz arasında münasibətlərin əsasını təşkil edən ənənələr davam edir. “Lakin əgər bu gün ölkələrimizin bu qədər böyük potensiala malik olduğu bir şəraitdə xalqlarımızın həyatını yaxşılaşdırmağın əsası olan iqtisadiyyatın səviyyəsini xeyli artırmaq vəzifəsini qarşıya qoymasaq, yəqin ki, haqlı olmarıq”.
Viktor Yanukoviçin sözlərinə görə, ötən ilki əmtəə dövriyyəsi Azərbaycanın və Ukraynanın müstəqillik qazandığı bütün illər içərisində görünməmiş səviyyədir. “Bu il Ukrayna da, Azərbaycan da müstəqilliklərinin 20-ci ildönümünü qeyd edəcəkdir. Biz ötən il parlaq nümunə göstərdik, əmtəə dövriyyəsi elə səviyyəyə qalxdı ki, Ukrayna hazırda Azərbaycanla bu göstərici üzrə ikinci yeri tutur. Bu, bizim üçün xoşdur. Əlbəttə, razılaşmalarımızı yerinə yetirməyimiz, onlara əməl etməyimiz çox vacibdir”, o bildirib.
Odessa-Brodı neft kəməri işə düşməsindən danışan Yanukoviç, bildirib ki, onun Baltik dənizinə qədər uzadılması vacibdir. Yəqin ki, biz bu məsələni yaxın gələcəkdə necə həll etmək barədə düşünməliyik. Biz bu məsələni İlham Heydər oğlu ilə müzakirə etmişik. Biz neft kəmərinin Baltik dənizinədək çatması üzərində işləyəcəyik. Mən planlarımızın təfsilatları barədə danışmayacağam. Lakin biz gözəl başa düşürük ki, mövcud imkanları mütləq birlikdə həyata keçirməliyik, Ukrayna prezidenti deyib.
Yanukiviç vurğuladı ki, birgə həyata keçirmək barədə razılığ əldə olunan müştərək sərmayə layihələri əlli-əlliyə gerçəkləşdiriləcək. Bu layihələri birlikdə maliyyələşdirmək nəzərdə tutulub. Bu isə o, deməkdir ki, inşa edələcək obyektlər, hansı ərazidə tikilməsindən asılı olmayaraq, dövlətlərimizin – Azərbaycan Respublikasının və Ukraynanın birgə mülkiyyəti olacaq. Bu, etimadın ən yüksək səviyyəsidir və birlikdə layihələşdirib, sonra həyata keçirsək səmərəlilik daha da artar.
“Bizim artıq indi nəzərdən keçirdiyimiz bir sıra layihələr təkcə layihələşdirməyə deyil, həm də müxtəlif elmi tədqiqatlara, yeni texnologiyaların inkişafı sahəsinə, elmi-təcrübə bazalarımızın, elmi-tədqiqat təşkilatlarının fəaliyyətinə aiddir. Bunlar ən yaxın gələcəkdə həyata keçirəcəyimiz planlardır. Bu gün biz belə müqavilələr imzaladıq. Başqa sözlə, birgə qərarlarımızın səmərəliliyi bu gün imzaladığımız 2014-2015-ci illərədək olan dövr üçün planların əsasını təşkil edir. Orada müxtəlif sənədlər var, o deyib.
Yanukoviç bildirib ki, qarşıda iki ölkəni müxtəlif beynəlxalq təşkilatlarda birgə fəaliyyətinin əlaqələndirilməsinə dair böyük iş gözləyir. Bu, iqtisadiyyatın qloballaşdırılması, müxtəlif texnogen qəzaların nəticələrinin aradan qaldırılması şəraitində çox vacibdir. “Bununla əlaqədar, Çernobıl Atom Elektrik Stansiyasında “Örtük” layihəsinin həyata keçirilməsi üçün Çernobıl Fonduna bir milyon dollar köçürülməsi barədə qərara görə, İlham Heydər oğlu, Sizə, Azərbaycan xalqına təşəkkürümü bildirmək istəyirəm. Bu da xalqlarımız arasında qırılmaz əlaqələrin dar gündə də, Ukrayna sakinlərinin təhlükəsizliyi, 25 il əvvəl baş vermiş faciə ilə bilavasitə bağlı qərar qəbul etmək vaxtı çatanda da özünü büruzə verməsinin parlaq nümunəsidir. Bu faciə indi də Ukrayna xalqını böyük gərginlikdə saxlayır. Çünki biz o faciənin nəticələrinə görə təkcə qonşu ölkələr qarşısında deyil, həm də Avropa qarşısında, bütün dünya qarşısında məsuliyyət hiss edirik. Biz bilirik ki, bu layihə artıq 2015-ci ildən sonra Çernobıl qəzasının nəticələrini birdəfəlik aradan qaldırmağa, başqa sözlə, qəzalı bloku söküb nüvə yanacağının qalıqlarını oradan çıxarmağa imkan verəcəkdir. Buna görə də Sizə çox böyük təşəkkürümü bildirir, Azərbaycan xalqı qarşısında baş əyirəm. Çox sağ olun”, Ukrayna prezidenti deyib.
MDB
Putin: Ankoricdə həqiqətən də heç bir razılaşma əldə olunmamışdı
Putin: Ukraynanın Rusiyanın enerji infrastrukturuna zərbələri şübhəsiz ki, problemlər yaradır
Putin Zelenskinin Belarusa qarşı təhdidlərini Lukaşenko ilə ətraflı müzakirə etmədiyini deyib
Putin daxili bazar üçün yanacaq təchizatı ilə bağlı müşavirə keçirib
Xəbər Lenti
AP 2027-ci ildən sonra Ukrayna üçün yeni kreditlə bağlı müzakirələr aparır
Pakistan Əfqanıstanla sərhəddə 29 silahlını zərərsizləşdirib
İsrail ordusu Livanın cənubunda “Hizbullah”a aid yeraltı anbarı məhv edib
KİV: Tətillərə baxmayaraq, İran-ABŞ texniki danışıqları davam edir
“Axios”: ABŞ və İran qarşılıqlı atəşkəs barədə razılığa gəlib
DÇ-2026: Kanada 1/8 finala çıxıb
Putin: Ankoricdə həqiqətən də heç bir razılaşma əldə olunmamışdı
Putin: Ukraynanın Rusiyanın enerji infrastrukturuna zərbələri şübhəsiz ki, problemlər yaradır
ABŞ rəsmisi: İranla danışıqlar texniki səviyyədə davam edir
FHN Bazardüzü zirvəsi istiqamətində xəsarət alan alpinisti xilas edib - VİDEO
Putin Zelenskinin Belarusa qarşı təhdidlərini Lukaşenko ilə ətraflı müzakirə etmədiyini deyib
Türkiyədə 3,6 bal gücündə zəlzələ olub
Türkiyə XİN: İsrail 1915-ci il hadisələri ilə bağlı qərarı ilə öz cinayətlərini ört-basdır etməyə çalışır
Venesuelada zəlzələnin dağıntıları altından 33 nəfər xilas edilib
Qətər vətəndaşı gəmidə qəlpə yaralarından ölüb
Putin daxili bazar üçün yanacaq təchizatı ilə bağlı müşavirə keçirib
Şair Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldılıb - FOTO
Starmer 2028-ci ildə NATO-nun baş katibliyinə namizəd ola bilər
Böyük Britaniyada anomal istilər davam edir, ölənlər var
Vilayəti: "Hizbullah" Livanın müstəqilliyinin dayağıdır
Yevlax dəmir yolu vağzalında yük vaqonunda yanğın olub - FOTOLENT
Qəbələdə güclü leysan yağışlarından sonra evlərin həyətinə su dolub, yollarda hərəkət məhdudlaşıb
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verib
İsrail ordusunun Baş Qərargah rəisi: Livanla tarixi razılaşma hərbi uğurlar sayəsində mümkün olub
Venesuelada zəlzələnin miqyası böyüyür, 60 min bina dağılıb və ya zədələnib
Ağdərədə baş verən qəzada xəsarət alanların adları açıqlanıb - FOTO - YENİLƏNİB-3
ÜST-ün baş direktoru: Avropada isti havalara görə, 1300-dən çox ölüm hadisəsi qeydə alınıb
Lerikdə avtomobil dərəyə aşıb, xəsarət alanlar var
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Türkiyədə 4,1 bal gücündə zəlzələ olub
Fransa 11 nəfərin öldüyü təyyarə qəzasının səbəbini açıqlayıb - YENİLƏNİB
Gəncədə sükan arxasında infarkt keçirən sürücü ölüb - FOTOLENT - YENİLƏNİB-2
Səudiyyə Ərəbistanında helikopter qəzaya uğrayıb, 14 nəfər ölüb
İran və ABŞ arasında qarşılıqlı hücumlar artır – SON VƏZİYYƏT
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib
Hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlər üçün tеst imtаhаnı keçirilib
Cüdoçularımızdan Avropa Açıq Turnirində 3 medal qazanıb
Fransada rekord istilər qeydə alınıb, minə yaxın insan ölüb
Zakir Fərəcov Almaniyanın Lüdviqshafen şəhərinə səfər edib - FOTOLENT
İsrail hökuməti “erməni soyqırımı”nı tanımağa yekdilliklə səs verib, layihə Knessetə çıxarılacaq
Türkiyədə meşə yanğınları ilə bağlı 40 min hektar ərazi külə dönüb
DİM: İyunun 27-də keçirilməli olan qabiliyyət imtahanı təxirə salınıb, iyulun 7-də keçiriləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 11 vaqon buğda göndərilib - FOTOLENT - VİDEO - YENİLƏNİB-2
Sabah çimərliklərdə hava küləkli olacaq
Bakıda külək əsir, rayonlarda yağış yağır - FAKTİKİ HAVA
İran Bəhreynə zərbə endirib, yaşayış binasına zərər dəyib, daha qəti addımlar olacağı bəyan edilib
Azərbaycanın rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ
KİV: Ukrayna Rusiya hərbi-sənaye kompleksinə zərbələrin sayına görə rekord müəyyənləşdirib
Kallas: Aİ Venesuelaya zəlzələdən sonra dəstək üçün 5 milyon avro ayırıb
İran İtaliyanı ABŞ-İsrail müharibəsinə dəstəyə görə tənqid edib