Bank Of Baku

Dağıstanda Serkokalinsk daxili işlər şöbəsinin rəisi öldürülüb

Dağıstanda Serkokalinsk daxili işlər şöbəsinin rəisi öldürülüb
# 02 may 2011 07:26 (UTC +04:00)
Bakı-APA. Dağıstanda Serkokalinsk daxili işlər şöbəsinin rəisi öldürülüb. APA-nın məlumatına görə, podpolkovnik Məsrulla Maqomedov naməlum şəxs tərəfindən açılan atəş nəticəsində dünyasını dəyişib. Qətl Maqomedovun Serkola kəndindəki evinin həyətində törədilib. Yaralı xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Qətli törədən şəxsin axtarışları davam edir. Maqomedovun peşə fəaliyyəti ilə əlaqədar öldürüldüyü bildirilir. O son zamanlar silahlı mücahidlərə qarşı əməliyyatların aktiv iştirakçısı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR