Bank Of Baku

Beynəlxalq komissiya: “Qırğızıstanın cənubunda baş verən toqquşmalarda ölənlərin 74 faizi etnik özbəklərdir”

Beynəlxalq komissiya: “Qırğızıstanın cənubunda baş verən toqquşmalarda ölənlərin 74 faizi etnik özbəklərdir”
# 03 may 2011 14:52 (UTC +04:00)
Bakı-APA. Ötən il Qırğızıstanın cənubunda etnik zəmində baş verən toqquşmaların təhqiqatını aparan beynəlxalq komissiya öz hesabatını açıqlayıb. APA-nın məlumatına görə, komissiyanın sədri Kimmo Kilyunen qərarlardan ən çox özbəklərin zərər çəkdiyini bildirib. Hesabata əsasən, toqquşmalarda ölənlərin 74 faizi özbəklərdir. Komissiya sədri hadisələri hərbi cinayət kimi dəyərləndirməkdən imtina edib: “Beynəlxalq humanitar hüquq nöqteyi-nəzərindən bu hadisələr soyqırımı sayıla bilməz”. Talanların təşkilində beynəlxalq terrorçuların iştirakı versiyasına gəlincə, komissiya sədri bu iddiaları əsassız sayır: “Qırğızıstanın cənubunda baş verən hadisələrdə başqa dövlətlərin, yaxud beynəlxalq terrorçu qruplaşmaların iştirakı olduğuna dair sübut yoxdur”.

Qırğızıstan hakimiyyətinin roluna toxunan Kilyunen bildirib ki, müvəqqəti hökumət vətəndaşlarının müdafiəsinə dair öhdəliklərini yerinə yetirməyib.

Xatırladaq ki, qeyd olunan toqquşmalarda bir neçə yüz nəfər öldürülüb, minlərlə ev yandırılıb, 75 mindən artıq özbək evini tərk edərək Özbəkistanda sığınacaq tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR