Bank Of Baku

Yerevanda türk fotoqrafı Atilla Durakın sərgisi açılacaq

Yerevanda türk fotoqrafı Atilla Durakın sərgisi açılacaq
# 04 may 2011 01:33 (UTC +04:00)
Bakı-APA. Mayın 5-də Yerevanda türk fotoqrafı Attila Durakın böyük sərgisi açılacaq.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Yerevanın Eksperimental Novatorluq İncəsənət Mərkəzində hazırlıq işləri başa çatmaqdadır.

“ERBU – türk mədəniyyəti müxtəlifliyinin inikası” sərlövhəli sərgi bir ay davam edəcək.

Proqrama başlayarkən Atilla Durak iki məqsəd qoyduğunu bildirir. Onlardan biri Anadolu mədəni zənginliyi tanıtmaqdır. O, həm də istəyir ki, fərqlər ucbatından bir birini yad kimi qəbul edən insanlar, etnik xüsusiyyətlərindən asılı olmayaraq, bir birini görməyə başlasınlar, onların arasında mükalimə üçün zəmin yaransın.

“Erbu” layihəsi çərçivəsində “ERBU – türk mədəniyyəti müxtəlifliyinin inikası” adlı kitab çap olunub və alman, ingilis və fransız dillərinə tərcümə edilib.

Kitabın müəyyən tekstləri erməni dilinə tərcümə edilib və sərginin açılışı zamanı təqdim ediləcək.

Sərginin açılışını Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyanın təsis etdiyi “Sivilitas” fondu “ERBU-dan nəvələrə dək” mövzusunda müzakirə təşkil ediləcək.

Müzakirədə Attila Durakdan başqa, vəkil Fetiye Çetin, insan haqları fəalı Nebahat Akoc, yazıçı Ayşe Gül Altınay və Ermənistandan yazıçı Taquhi Tovmasyan iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR