Bank Of Baku

Yuliya Timoşenko: İnsanlar qarət olunduqlarını başa düşürlər

Yuliya Timoşenko: İnsanlar qarət olunduqlarını başa düşürlər
# 06 may 2011 01:54 (UTC +04:00)
Bakı-APA. Ukraynanın «Batkivşina» partiyasının lideri Yuliya Timoşenko ölkə müxalifəti və xalqının yalnız birgə fəaliyyətlə hazırkı hakimiyyətin xalq əleyhinə planlarına qarşı dura biləcəklərini bəyan edib.

«Hazırda ölkədəki insanların çoxu başa düşürlər ki, çıxılmaz vəziyyətə düşüblər, onları soyurlar və hamı neyləmək və ölkənin dağılması prosesini necə dayandırmaq barədə düşünür. Bu isə çox sadədir. Əmək qanunvericiliyi, torpaq və inhisarlar barədə onlara qərar qəbul etməyə imkan vermək lazım deyil. Onların xalqın gəlirləri və imkanlarına qarşı qərarlar qəbul etməsinə imkan vermək lazım deyil», deyə «Batkivşina» lideri bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR