Bank Of Baku

Moskvada bayram paradının son məşqi keçirilib

Moskvada bayram paradının son məşqi keçirilib
# 07 may 2011 12:46 (UTC +04:00)
Bakı – APA. Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində Böyük Vətən Müharibəsinin başa çatmasının 66-cı il dönümünə həsr olunmuş paradın son baş hazırlığı keçirilib. APA-nın məlumatına görə, məşq-hazırlıq hərbi texnika və aviasiyanın iştirakı ilə paradın təşkil olunacağı ərazidə – Qızıl Meydanda keçirilib.

Son toplanışın canlı yayımını Rusiya Müdafiə Nazirliyinin rəsmi veb-saytında izləmək mümkün idi. Meydanda tədbiri müharibə veteranları, hərbçilər, tələbələr və ictimai təşkilatların nümayəndələri izləyiblər.

Hazırlıq məşqində təxminən 20 min nəfər və 100-dən artıq hərbi texnika iştirak edib.

Qeyd edək ki, bayram paradının mayın 9-da saat 10:00-da keçirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR