Bank Of Baku

Gürcüstan Türkiyə, Azərbaycan və Ermənistanla sərhəd keçid prosedurasını daha da asanlaşdırmaq istəyir

Gürcüstan Türkiyə, Azərbaycan və Ermənistanla sərhəd keçid prosedurasını daha da asanlaşdırmaq istəyir
# 08 may 2011 04:46 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan Türkiyə, Ermənistan və Azərbaycanla sərhəddən keçid məsələlərini daha da asanlaşdırır. APA-nın Gürcüstan bürosunun məlumatına görə, baş nazir Nika Gilauri bəyan edib ki, yaxın vaxtlarda Sarpi gömrük-nəzarət məntəqəsinin yeniləşdirilməsi imkan verəcək ki, Gürcüstan-Türkiyə sərhədini keçmək prosedurasını daha da sadələşdirilsin. “Biz qonşu ölkələrlə sərhəd keçid proseduralarını daha da asanlaşdırılması üzərində işləyirik. Bu, yaxın vaxtlarda Türkiyə sərhədində müasir tələblərə uyğun Sarpi gömrük-nəzarət məntəqəsi istifadəyə verildikdən sonra sərhədi keçmək prosedurası daha da asanlaşacaq. ”
Baş nazir Azərbaycan və Ermənistanla da belə bir proseduranı həyata keçiriləcəyi barədə işlərin başlandığını deyib. “Bu istiqamətdə biz hər iki ölkə ilə işləyirik, lakin hələ konkret addımlar atılmayıb. Amma Azərbaycan və Ermənistanla sərhədlərin sadələşdirilməsi barədə müqaviləmiz var,” Nika Gilauri qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR