Bank Of Baku

Dağıstanda 8 silahlı öldürülüb

Dağıstanda 8 silahlı öldürülüb
# 09 may 2011 07:23 (UTC +04:00)
Bakı – APA. Rusiya Federasiyasının Dağıstan Respublikasının Kizlyar rayonunda keçirilən xüsusi əməliyyat zamanı 8 silahlı şəxs öldürülüb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, əməliyyatda döyüş sursatı və partlayıcı qurğuların hissələri saxlanılan 3 blindaj məhv edilib. 8 avtomat, tapançalar və ov tüfəngi aşkarlanaraq götürülüb. Rusiya Daxili Qoşunlarının bir əsgəri həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR