Bank Of Baku

Dağıstanda 2 milis öldürülüb

Dağıstanda 2 milis öldürülüb
# 09 may 2011 11:09 (UTC +04:00)
Bakı – APA. Rusiya Federasiyası Dağıstan Respublikasının İzberbaş şəhərində silahlı qrupla milis əməkdaşları arasında atışma baş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, hadisə zamanı 2 milis ölüb, 1-i yaralanıb.

Şəhərdə əməliyyat-axtarış tədbirləri həyata keçirən güc strukturlarının əməkdaşları bir evdə silahlı qrupla qarşılaşıblar. Evdən açılan atəş nəticəsində 2 milis həlak olub. Silahlılar qaçıb gizləniblər. Hazırda onlar axtarılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR