Bank Of Baku

Gürcüstan prezidenti azərbaycanlı məktəb direktorları ilə görüşüb

Gürcüstan prezidenti azərbaycanlı məktəb direktorları ilə görüşüb
# 09 may 2011 22:46 (UTC +04:00)
Kutaisi. Nizami Məmmədzadə-APA. Mayın 9-da Gürcüstan prezidenti Mixail Saakaşvili Kutaisi şəhərindəki Zurab Jvaniya adına dövlət idarəçilik məktəbində gürcü dilini öyrənən 80 nəfər azərbaycanlı məktəb direktorları ilə görüşüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, ilk öncə təhsil naziri Dmitri Şaşkin məktəbdə informasiya mərkəzi açıb. Sonra günorta radələrində ölkə prezidenti Mixail Saakaşvili ilə azərbaycanlı məktəb direktorlarının görüşü baş tutub. Prezident Mixail Saakaşvili azərbaycanlılarla gürcü dilində danışıb, onların vəziyyəti və gürcü dilini necə öyrənmələri ilə maraqlanıb.
Marneuli təhsil resursları mərkəzinin rəhbəri Kamandar İsmayılov prezidentə Azərbaycan Diaspora komitəsinin dəstəyi ilə Tiflisdə nəşr olunan üç cildlik “Azərbaycanca-gürcücə lüğət” kitablarını təqdim edib. Bolnisidəki Kəpənəkçi orta məktəbinin direktoru Zakir Məmmədov Mixail Saakaşviliyə saz bağışlayaraq, gürcü dilində bu alətin yaranması ilə bağlı mülahizələrini söyləyib. Sonra Dmanisidəki Yuxarı Oruzman məktəb direktoru Ramiz Ramazanov ölkə prezidentinə onun azərbaycanlı rəssam tərəfindən çəkilmiş portretini bağışlayıb. Prezident Sadaxlı kənd orta məktəbinin direktoru “Şərəf” ordenli qocaman müəllim Adil Şərifovla söhbət edib, onun 48 il pedaqoji sahədə müntəzəm çalışdığını təqdirəlayiq hadisə hesab edib.
Gürcüstan prezidenti azərbaycanlı məktəb direktorlarına dövlət dilini öyrəndikləri üçün minnətdarlığını bildirib və ölkədə yaşayan azərbaycanlıların mədəniyyəti, təhsili-ümumi gürcü xalqının mədəniyyətinin bir hissəsidir, prezident qeyd edib. “Mən gələcəkdə Gürcüstan dövlət strukturlarında azərbaycanlı kadrları da bir nazir kimi görmək istərdim. Azərbaycanlıların gürcü dilini öyrənməsi məndə böyük ümidlər yaradır. Biz istəyirik ki, etnik azlıqların nümayəndələri olan azərbaycanlılar öz ana dilləri kimi gürcü dilini də mükəmməl öyrənsinlər”.
Prezident Gürcüstanın etnik azlıq nümayəndələrinin də vətəni olduğunu və gürcü dilini öyrənməyin də vacib olduğunu vurğulayıb.
Görüşdə ölkə prezidenti ilə birlikdə təhsil naziri Dmitri Şaşkin də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR