Bank Of Baku

Dmitri Medvedyev daha beş generalı vəzifəsindən azad edib

Dmitri Medvedyev daha beş generalı vəzifəsindən azad edib
# 10 may 2011 08:10 (UTC +04:00)
Bakı-APA. Rusiya prezidenti Dmitri Medvedyev Daxili İşlər Naizlriyinin beş generalı və bir podpolkovnikini tutduğu vəzifədən azad edib. APA-nın məlumatına görə, işdən çıxarılanlar Krasnodar vilayətinin ictimai təhlükəsizlik milisinin rəisi Oleq Akarkov, Kemerovo vilayəti və Altay diyarının baş idarələrinin rəis müavinləri Aleksey Kojevin və Anatoli Kiselyovdur. Bundan başqa Saratov və Kemerovo vilayətlərinin daxili işlər idarəsinin iqtisadi təhlükəsizlik üzrə rəis müavinləri Boris Orlov və Alkesye İvanov, həmçinin daxili işlər nazirinin Tatarıstanda iqtisadi təhlükəsizlik üzrə müavini Rafael Gilmanov tutduğu vəzifədən azad edilib. Bu addımlar “Polis haqqında” qanunun tələblərinə uyğun olaraq atılıb. 2012-ci ilə kimi Daxili İşlər Nazirliyinin şəxsi heyətinin 22 faizinin ixtisar edilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR