Bank Of Baku

Gürcüstan avtomobil satışı üzrə regional mərkəzə çevrilir

Gürcüstan avtomobil satışı üzrə regional mərkəzə çevrilir
# 11 may 2011 04:15 (UTC +04:00)
Rustavi. Nizami Məmmədzadə-APA. Gürcüstan artıq avtomobil satışı üzrə regional satış mərkəzinə çevrilir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, 2011-ci ilin birinci kvartalında 82 milyon dəyərində avtomobil idxal olunub, 95 milyon dəyərində isə ixrac edilib. Avtomobillər bu ölkədən tranzit yolu ilə Azərbaycana, Qazaxstana və Ermənistana göndərilir. Son məlumatlara görə, bu biznes çox sərfəli və gəlir gətirən biznesə çevrilib. Məlumata görə, Gürcüstana daxil olan idxal və ixrac olunan avtomobillərin satışında 13 milyon fərq var. Son aylar Rustavi avtomobil bazarına gələn avtomobil alıcıların sözlərinə görə, Gürcüstan bazarında maşınların qiyməti Azərbaycan, Qazaxstan və Ermənistan bazarından iki dəfə ucuzdur. Gürcüstanda gömrük rüsumu təqribən avtomobilin qiymətinin 5% təşkil edir. Azərbaycanda isə 25%. Rustavi avtomobil bazarı rəhbərliyinin APA-nın Gürcüstan bürosuna verdiyi açıqlamaya görə, burada avtomobilin qeydiyyatdan çıxarılması və nömrə nişanın alınması, eyni zamanda xaricə reeksport etmək, sənədlərinin hazırlanmasına 15-20 dəqiqə vaxtını sərf olunur. Ölkənin gömrük məntəqəsindən xaricə çıxmaq isə 3-4 dəqiqə çəkir. İndi Gürcüstana Azərbaycandan və digər ölkələrdən avtomobil almağa gələn alıcılar tam təhlükəsiz şəraitdə istədikləri avtomobilləri ala bilərlər.
Son vaxtlar Rustavi bazarında avtomobillərin satış çeşidi çoxalıb. Azərbaycandan gələn alıcılar “Mersedes” markalı maşınların alışına üstünlük verirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR