Bank Of Baku

Marneulidə Heydər Əliyevin 88-ci ildönümünə həsr edilən elmi-praktik konfrans keçirilib

Marneulidə Heydər Əliyevin 88-ci ildönümünə həsr edilən elmi-praktik konfrans keçirilib
# 11 may 2011 04:49 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Gürcüstan paytaxtında fəaliyyət göstərən Arnold Çikobava adına Dilçilik İnstitutunun və Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universitetinin birgə təşkilatçılığı ilə Marneulidə ümummilli lider Heydər Əliyevin 88-ci ildönümünə həsr edilən elmi-praktik konfrans keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, konfransda paytaxtdan gələn görkəmli gürcü alimləri, ekspertlər və mətbuat nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən universitetin rektoru, professor Novruz Bayramov Heydər Əliyevin Azərbaycan və Gürcüstan dostluğunun bariz nümunəsi kimi hər iki xalqın yaddaşından silinməyəcəyini və onun tövsiyələrinin hər zaman iki dövlətin inkişafına xidmət etdiyini vurğulayıb. Sonra gürcü alimi, tarix elmləri doktoru, professor Avtandil Silaqadze Heydər Əliyevin həyat və fəaliyyəti barədə gürcü alimlərinə ətraflı məlumat verib. Sonra Heydər Əliyev barədə film nümayiş etdirilib. Tədbirdə eyni zamanda “Azərbaycan məktəblərində dövlət dilinin öyrənilməsinin aktual problemləri” mövzusunda müxtəlif gürcü ali məktəblərindən gələn dilçilik üzrə alimlərin 8 məruzəsi dinlənilib. Elmi-praktiki konfransda Gürcüstan Təhsil Elmlər Akademiyasının prezidenti vəzifəsinin icraçısı David Malazoniya, Arnold Çikobava adına Dilçilik İnstitutunun direktor müavini Məryəm Mancqaladze, gürcü alimlərindən Ketevan Qoçitaşvili, Kaxa Qabuniya, Natela Mağlaqelidze, Quram Çaçanidze, Cabuki Kiriya, Zeynəb Ediberidze, Anna Babuliyani və başqaları “Dövlət dilinin öyrənilməsinin metodoloji əsasları”, “Gürcüstanda dil siyasəti”, “Dil öyrənmənin müasir vəziyyəti və vasitələri”, ”Kvemo-Kartli bölgəsində gürcü dilinin öyrədilməsi problemi” və digər məruzələrlə çıxış ediblər. Sonda rektor Novruz Bayramov gürcü alimlərinə “Azərbaycanca-gürcücə lüğət” kitablarının iki cildliyini və müxtəlif dərs vəsaitləri bağışlayıb.

Gürcüstan-Azərbaycan Tədris Universitetinin rektoru, professor Novruz Bayramov APA-ya açıqlamasında ulu öndər Heydər Əliyevin Gürcüstanın inkişaf etməsini və strateji qonşu ölkə kimi iqtisadi cəhətdən güclü olması üçün çox böyük işlər həyata keçirdiyini bildirib. “Ən başlıcası odur ki, Heydər Əliyev xalqlarımızın dostluğunun daha da möhkəmləndirilməsi naminə strateji nöqteyi nəzərdən hər iki ölkə üçün, eyni zamanda beynəlxalq aləm üçün əhəmiyyətli layihələrin Gürcüstandan keçməsini təmin edib. Hazırda onun müdrik siyasəti uğurla davam edir. Heydər Əliyev bu layihələrin Gürcüstandan keçməsi ilə burada yaşayan azərbaycanlıların sosial həyat şəraitinin getdikcə yaxşılaşacağını əvvəlcədən görüb. O, eyni zamanda soydaşlarımızın bu ölkənin dövlət strukturlarında layiqincə təmsil olunmasını istəyirdi. Bunun üçün isə gürcü dilini bilmək günün vacib məsələlərindən biri idi. Bu, Heydər Əliyevin tövsiyə və arzularından da biri idi,” rektor Novruz Bayramov vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR