Bank Of Baku

Ukrayna Baş Prokurorluğu Yuliya Timoşenkonun Xarkova getməsinə icazə verməyib

Ukrayna Baş Prokurorluğu Yuliya Timoşenkonun Xarkova getməsinə icazə verməyib
# 12 may 2011 15:26 (UTC +04:00)
Kiyev-APA. Ukrayna Baş Prokurorluğu sabiq baş nazir Yuliya Timoşenkonun Xarkova getməsinə icazə verməyib. APA-nın məlumatına görə, bu qərar xanım Timoşenkonun mövcud Cinayət Prosessual Məcəlləsinin tələblərini sistematik olaraq pozması ilə əsaslandırıb. Sabiq baş nazir iki gün əvvəl Xarkova getməyə icazə verilməsi xahişi ilə Baş Prokurorluğa müraciət edib. Prokurorluq isə Yuliya Timoşenkonun istintaqa gəlməməsini əsas gətirərək xahişi rədd edib və bildirib ki, istintaq prosesini pozduğuna görə sabiq baş nazirdən şəhəri tərk etməmək barədə iltizam alına bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR