Bank Of Baku

Gürcüstan parlamentinin insan haqlarının müdafiəsi üzrə komitənin üzvləri Marneuliyə səfər ediblər

Gürcüstan parlamentinin insan haqlarının müdafiəsi üzrə komitənin üzvləri Marneuliyə səfər ediblər
# 13 may 2011 13:15 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstan parlamentinin on üzvü Marneuli rayon icra hakimiyyətində əhali ilə görüş keçirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə parlamentin deputatı Azər Süleymanov bildirib. Onun sözlərinə görə, parlamentin insan haqlarının müdafiəsi üzrə komitəsinin sədri Laşa Tordianın rəhbərlik etdiyi azərbaycanlı və gürcü deputatlarından ibarət heyət yerli əhalinin problemləri ilə tanış olublar. Tədbirdə QHT təşkilatları, azərbaycanlı, gürcü və digər etnik azlıqlar yaşayan kəndlərdən gələn nümayəndələr və gənclər iştirak ediblər. Tədbirdən sonra komitə üzvləri Marneuli İdman Sarayına baxıblar. Sonra parlament üzvləri azərbaycanlı və gürcü kəndlərinə gedərək, yerlərdə olan problemlərlə tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR