Bank Of Baku

Medvedev Gürcüstana hərbi müdaxilənin ən çətin qərarlarından biri olduğunu bəyan edib

Medvedev Gürcüstana hərbi müdaxilənin ən çətin qərarlarından biri olduğunu bəyan edib
# 13 may 2011 16:31 (UTC +04:00)
Bakı - APA. Dmitri Medvedev 2008-ci ilin avqustunda Gürcüstana hərbi müdaxilənin həm vətəndaş, həm də Rusiya prezidenti kimi onun üçün ən çətin qərarlardan biri olduğunu bəyan edib.

APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, bu bəyanatı o, Kostromada gənc parlamentarlarla görüşündə səsləndirib.

Onun sözlərinə görə, hər bir rəhbərin, o cümlədən dövlət başçısının həyatında çox çətin məqamlar olur: “2008-ci ilin avqustunda mən öz maraqlarımızı qorumaq üçün qoşunlarımızın Cənubi Osetiyaya göndərilməsi haqqında çox çətin qərar verməli oldum. Sİzə açıq deyə bilərəm ki, bu, o qədər də asan olmadı. Çünki mən başa düşürdüm ki, gedən adamların bir hissəsi geri qayıtmayacaq”.

D.Medvedev bildirib ki, heç vaxt bu cür qərarlar qəbul etməyənlər onu başa düşə bilməzlər: “Çox istərdim ki, ölkəmizin və dövlətimizin tarixində bu cür qərarların sayı çox az olardı”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR