Bank Of Baku

Tiflisdə şair İsa İsmayılzadənin 70 illik yubileyi qeyd olunub

Tiflisdə şair İsa İsmayılzadənin 70 illik yubileyi qeyd olunub
# 14 may 2011 23:51 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan paytaxtında şair, publisist, təcüməçi İsa İsmayılzadənin 70 illik yubileyi keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir ARDNŞ-in Gürcüstan nümayəndəliyinin dəstəyi və Azərbaycanın Gürcüstandakı səfirliyinin və Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gürcüstan bölməsinin təşkilatçılığı ilə baş tutub. Tədbirə Bakıdan 15 nəfər yazıçı və şairlərdən ibarət nümayəndə heyəti və Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrdən gələn soydaşlarımız qatılıblar.
Yubileyi AYB-nin Gürcüstan bölməsinin sədri, şair Rafiq Hümmət açaraq 57 yaşında dünyasını dəyişən və Borçalının Qarayazı bölgəsində uyuyan istedadlı şair İsa İsmayılzadənin yaradıcılığının özünəməxsus xüsusiyyətlərindən, poetik üslubundan və şair, publisist, tərcüməçi kimi Azərbaycan ədəbiyyatındakı poeziya yolundan və Moskvada, Tiflisdə çıxan kitablarından söhbət açıb. Tədbirdə Azərbaycan səfirliyinin müşaviri Şövqi Mehdizadə, Kvemo-Kartli bölgə qubernatorunun müavini Hüseyn Yusubov, AYB-nin beynəlxalq əlaqələr şöbəsinin müdiri, şair Abbas Abdulla, Gürcüstan prezidentinin köməkçisi Mübariz Qarayev, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov, gürcü tərcüməçisi Zezva Medulaşvili, fəlsəfə üzrə doktor, professor Fərhad Xubanlı, Faxralə orta məktəbinin müəllimi Fatma Aslan, şair Allahverdi Təhləli, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəsmisi Arif Əliyev və başqaları çıxış edərək İsa İsmayılzadə barədə xatirələrini, şairə həsr edilən poeziya nümunələrini oxuyub və onun poeziyasına olan sonsuz sevgini bildiriblər.
Tədbirdə İsa İsmayılzadənin sözlərinə bəstələnən mahnılar səsləndirilib.
Sonra şairin oğlu Araz İsmayılzadə atasının 70 illik yubileyinə gələn qonaqlara və soydaşlarımıza, dövlət nümayəndələrinə təşəkkürünü bildirib.
Mayın 16-da Qarayazı bölgəsində şair İsa İsmayılzadənin 70 illik yubileyinə həsr olunan tədbirlər davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR