Bank Of Baku

Moskvada adamyeyən həbs olunub

Moskvada adamyeyən həbs olunub
# 17 may 2011 07:19 (UTC +04:00)
APA-nın məlumatına görə, saxlanan şəxsin evində insan orqanlarının qalıqları aşkarlanıb. Adamyeyənin adı açıqlanmır, lakin onun psixonevroloji və narkoloji dispanserlərdə qeydiyyatda olduğu bildirilir. Onu Moskvanın qərbində öldürülmüş adamın üzərindəki əl izləri sayəsində tapmaq mümkün olub. Milislər həlak olan şəxslərin tanışlarını araşdırıb və şübhəli şəxsi müəyyən ediblər. İstintaqın versiyasına görə, adamyeyən öz tanışının meyitini istehkamçı beli ilə hissələrə bölərək kollektorlarda saxlayırmış. Onun evindəki soyuducuda insan qaraciyərinin hissələri aşkarlanıb. Milislər adamyeyəni həbs edən zaman o qaraciyərdən hazırlanmış yeməyi yeyirmiş.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR