Bank Of Baku

Belarus Rusiyadan 6 milyard dollar həcmində kredit alacaq

Belarus Rusiyadan 6 milyard dollar həcmində kredit alacaq
# 17 may 2011 16:39 (UTC +04:00)
Bakı – APA. Rusiya Belarusdakı valyuta böhranını aradan qaldırmaq üçün bu ölkəyə 6 milyard dollar həcmində kredit verməyə hazırdır. APA-nın BELTA agentliyinə istinadən verdiyi məlumata görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Dmitri Medvedevlə telefon söhbətindən sonra bildirib. A. Lukaşenko deyib ki, tərəflər 3,1 milyard dollar kredit verilməsi məsələsini müzakirə edir, daha 3 milyard gələcəkdə Rusiyaya satılacaq məhsulların əvəzi kimi alınacaq: “Nəticədə 6 milyard dollardan bir az çox məbləğ ortaya çıxır ki, bu da bu il üçün nəinki vəziyyəti stabilləşdirmək, eyni zamanda ciddi qızıl-valyuta ehtiyatına malik olmaq üçün yetərlidir”.

Belarusun baş naziri Mixail Myasnikoviç isə Rusiyadan 3-3,5 milyard dollar kredit alınması məsələsini artıq həll olunduğunu bəyan edib. Kreditin hansı şərtlərlə veriləcəyi hələlik açıqlanmır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR