Bank Of Baku

Gürcüstanın prezident administrasiyası “Gürcüstan Müsəlmanları İdarəsi”nin yaradılması barədə şərh vermir

Gürcüstanın prezident administrasiyası “Gürcüstan Müsəlmanları İdarəsi”nin yaradılması barədə şərh vermir
# 17 may 2011 22:18 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan prezidentinin administrasiyası “Gürcüstan Müsəlmanları İdarəsi”nin yaradılması barədə şərh vermir.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə mayın 17-də ənənəvi brifinqdə prezidentin mətbuat rəhbəri Manana Mancqaladze jurnalistlərin suallarını cavablandırarkən bildirib. “Gürcüstan Müsəlmanları İdarəsi” keçən həftə təsis edilib. Bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) öz narazılığını elan edib.”
QMİ-nin Gürcüstan nümayəndəsi Əli Əliyevin dediyinə görə, onlar Gürcüstanda analoji strukturun yaradılmasını qəbul etmirlər. Burada azərbaycanlılar ikinci dərəcəli vəzifələr tuturlar. Onun sözlərinə görə, sovet dönəmindən bu struktur Bakıdan idarə olunurdu. “İndi yeni idarəetmə sistemi yaratdıqdan sonra Gürcüstanda yaşayan müsəlmanlara nəzarət olmayacaq.”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR