Bank Of Baku

Minskdə MDB Hökumət Başçıları Şurasının növbəti iclası başa çatıb

Minskdə MDB Hökumət Başçıları Şurasının növbəti iclası başa çatıb
# 19 may 2011 22:37 (UTC +04:00)
APA-nın AzərTac agentliyinə istinadən verdiyi xəbərə görə, bunu mayın 19-da MDB İcraiyyə Komitəsinin sədri–icraçı katib Sergey Lebedev Minskdə keçirilən mətbuat konfransında bildirib.
Hazırda Şuraya Tacikistanın sədrlik etdiyini söyləyən S.Lebedev demişdir: “Biz sentyabrda Düşənbədə keçiriləcək MDB Dövlət Başçıları Şurasının iclasına hazırlaşırıq”.
MDB Hökumət Başçıları Şurasının növbəti iclası oktyabrda Sankt-Peterburqda keçiriləcək. Bu qərar Birlik ölkələri hökumət başçılarının mayın 19-da keçirilən iclasında qəbul edilib.
S.Lebedevin sözlərinə görə, iclasın gündəliyinə 19 məsələ daxil edilib. Onların bir hissəsi dar formatda nəzərdən keçirilib, qalan hissəsinə isə geniş tərkibdə baxılacaq. Tam razılaşdırılmayan məsələlərdə var. Məsələn, azad ticarət zonası ilə bağlı məsələ. Bu məsələ hökumət başçılarının növbəti iclasında müzakirəyə çıxarılacaq.
Eyni zamanda, Qazaxıstan tərəfinin Qazaxıstan Milli Bankının rəhbərinin BVF-nin sərəncamçı direktoru vəzifəsinə keçməsi təklifinin müzakirəsi nəzərdə tutulub.
Minskdə keçirilən iclasda ölkəmizi Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov təmsil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR