Bank Of Baku

Gürcüstan parlamenti çərkəzlərin soyqırımının tanınması məsələsini gündəmə çıxaracaq

Gürcüstan parlamenti çərkəzlərin soyqırımının tanınması məsələsini gündəmə çıxaracaq
# 20 may 2011 04:15 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Mayın 20-də Gürcüstan parlamenti çərkəzlərin soyqırımının tanınması məsələsini parlamentin plenar iclasında gündəmə çıxaracaq. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə parlament komitələrinin birgə iclasında parlamentin diaspora və Qafqaz məsələləri üzrə komitə sədri Nuqzar Tsiklauri məlumat verib. Onun sözlərinə görə, mayın 19-da parlament komitələrinin dəstəklədiyi layihəni sabah baş tutacaq plenar iclasa qətnamə ilə bərabər təqdim edəcəyik. N.Tsiklaurini hesab edib ki, mayın 20-də çərkəzlərin soyqırımı məsələsinə parlamentin plenar iclasında baxılması vacib haldır, çünki mayın 21-də Çərkəz xalqının faciəli günüdür.
“Çərkəz xalqının soyqırımının tanınması məsələsi ilə bir ildən artıqdır ki, Gürcüstnda iş aparılır. Bu barədə qətnamə hazırlanıb və XVIII-XIX əsrlərdə baş verən soyqırımı uzun müddət içtimaiyyət tərəfindən müzakirə olunduqdan sonra elmi rəy əsasında sübut edilib. Gürcüstan parlamentində layihə əsasında və ona uyğun qətnamə ilə Rusiya dövləti tərəfindən 1763-cü ildən 1864-cü ilədək yüz il davam edən Rus-Çərkəz müharibəsində törədilən Çərkəz xalqının soyqırımı tanınacaq.”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR