Bank Of Baku

Gürcüstan parlamenti çərkəz soyqırımını tanıyıb

Gürcüstan parlamenti çərkəz soyqırımını tanıyıb
# 20 may 2011 16:20 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, çərkəzlərin soyqırımı məsələsinə parlamentin bu gün keçirilən plenar iclasında baxılıb. Qətnamənin lehinə 95 deputat səs verib, əleyhinə çıxan olmayıb.
Xatırladaq ki, 1,6 il ərzində çərkəz xalqının Çar Rusiyası tərəfindən soyqırımına məruz qalması məsələsi müxtəlif konfranslarda müzakirə olunub. Bir çox ölkədə yaşayan çərkəz diaspor nümayəndələri Gürcüstan parlamentinə faciənin soyqırımı kimi tanınması üçün müraciətlər ediblər. Dünən parlamentin Diaspor və Qafqaz məsələləri üzrə komitəsində dörd komitənin üzvləri XIX əsrdə baş verən çərkəz qırğınına münasibət bildiriblər. Elmi dairələrin iştirakı ilə baş tutan iclasda soyqırımı ilə bağlı qətnamə layihəsi bəyənilərək, parlamentin plenar iclasına tövsiyə olunub.
Qeyd edək ki, mayın 21-də bütün çərkəz xalqı Rusiya İmperiyasının Rus-Qafqaz müharibəsində çərkəzləri soyqırımına məruz qoymasının ildönümünü qeyd edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR