Bank Of Baku

Qazaxıstandan ağır yol qəzası baş verib, üçü uşaq olmaqla, beş nəfər ölüb

Qazaxıstandan ağır yol qəzası baş verib, üçü uşaq olmaqla, beş nəfər ölüb
# 21 may 2011 08:49 (UTC +04:00)
Bakı – APA. Şərqi Qazaxıstan vilayətində iki avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb, 8 nəfər yaralanıb. APA-nın məlumatına görə, ölənlərdən 3-ü azyaşlı uşaqdır.

Qazaxıstan Fövqəladə Hallar nazirliyindən bildirilib ki, mayın 20-də axşam Semey-Qluxovka şossesində UAZ və VAZ markalı avtomobillər toqquşub.

Qəza nəticəsində hər iki avtomobilin sürücüsü, VAZ-ın sərnişinləri – altı aylıq körpə və 4 yaşlı uşaq hadisə yerində, 2 yaşlı qız isə xəstəxanada ölüb.

Qəzada xəsarət alan 8 nəfər isə xəstəxanaya yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR