Bank Of Baku

Ermənistanın sabiq xarici işlər naziri Yerevanı Madrid prinsiplərindən imtina etməsinə çağırıb

Ermənistanın sabiq xarici  işlər  naziri Yerevanı Madrid prinsiplərindən imtina etməsinə çağırıb
# 22 may 2011 02:16 (UTC +04:00)
Bakı-APA. Ermənistanın sabiq xarici işlər naziri Raffi Hovhanisyan Yerevanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Madrid prinsiplərindən imtina etməsinə çağırıb.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, bu fikri sabiq xarici işlər naziri və hazırda İrs Partiyasının lideri Yerevanda təşkil etdiyi “ vətəndaş qurultayında ” səsləndirib.
Hovhanisyan 2009-cu ildə Sürixdə imzalanmış Ermənistan-Türkiyə protokollarından ölkəsinin imzasının ləğvinə səsləyib.
Ermənistanın sabiq xarici işlər naziri Raffi Hovahannisyan təsisçisi olduğu Jaranqutyun (İrs) Partiyası öz qurultayını “açıq vətəndaş qurultayı” adlı yığıncaq şəklində təşkil edib. Tədbirdə müxtəlif siyasi partiya və ictimai təşkilat nümayəndələri iştirak ediblər.
Raffi Hovhannisyanın sözlərinə görə, Ermənistanda hakimiyyətin xalqa qaytarılması niyyətin həyata keçirilməsinə bütün mümkün vasitələrlə - parlament seçkilərindən tutmuş meydan etirazlarını istisna etmədən – nail olmaq lazımdır, partiya dövlət sistemi ləğv edilməlidir.
Vaxtilə ABŞ vətəndaşı olan Raffi Hovhanisyan Levon Ter-Petrosyanın prezidentliyinin ilk dövründə Ermənistanın xarici işlər naziri vəzifəsini tutub. O Türkiyəyə səfəri zaman erməni soyqırımın tanınması mövzusunda çıxış etdikdən sonra vəzifəsindən azad edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR