Bank Of Baku

Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonun saxlanılaraq zorla məhkəməyə gətirilməsi barədə qərar qəbul edilib

Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonun saxlanılaraq zorla məhkəməyə gətirilməsi barədə qərar qəbul edilib
# 24 may 2011 11:08 (UTC +04:00)
Bakı – APA. Ukraynanın paytaxtı Kiyev şəhərinin Peçora rayon Məhkəməsi sabiq baş nazir Yuliya Timoşenkonun saxlanılaraq məhkəməyə gətirilməsi barədə qərar qəbul edib. APA-nn Ukrayna xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bunu Ukrayna Baş Prokurorluğunun şöbə müdiri Oleq Puşkar açıqlayıb. O bildirib ki, Y. Timoşenko dəfələrlə istintaq fəaliyyətini pozduğu üçün Baş Prokurorluğun müstəntiqi məhkəməyə müraciət edib: “Bizim əlimizdə Peçora məhkəməsinin Yuliya Timoşenkonun saxlanması və nəzarət altında məhkəməyə gətirilməsi haqqında qərarı var”.

Xatırladaq ki, Y. Timoşenkoya qarşı 3 cinayət işi qaldırılıb. Ondan başqa yerə getməmək barədə iltizam alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR