Bank Of Baku

Gürcüstan müxalifəti mayın 25-dən sonra mitinq keçirməyəcək

Gürcüstan müxalifəti mayın 25-dən sonra mitinq keçirməyəcək
# 25 may 2011 00:27 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. “Müxalifətin mitinqləri mayın 25-dən sonra davam etməyəcək.” APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Tiflis şəhər merliyi məlumat verib. ”Müxalifətə mayın 25-ə kimi mitinq keçirməyə icazə verilib. Mayın 25-dən sonra keçiriləcək mitinqlər qeyri-qanuni hesab ediləcək.”
Məlumata görə, “Xalq yığıncağı”nın üzvləri şəhər merliyinə təqdim etdikləri ərizədə mayın 21-dən 25-ə kimi mitinqlər keçirəcəklərini bildiriblər. Mayın 26-da isə “Gürcüstanın Müstəqilliyi Günü” münasibəti ilə parad keçiriləcək.”
Müxalifət lideri Nino Burcanadze mayın 25-də saat 12-də “Azadlıq” meydanında mitinqin davam edəcəyini elan edib. Müxalifət liderinin sözlərinə görə, mitinq iştirakçıları İctimai Televiziyanın qarşısına toplaşaraq “Azadlıq” meydanına yürüş edəcək və ölkə prezidentinə mayın 26-da keçiriləcək paradın keçirilməsinə imkan verməyəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR