Bank Of Baku

Avropanın bəzi bölgələrinə aviareyslər təxirə salınıb

Avropanın bəzi bölgələrinə aviareyslər təxirə salınıb
# 25 may 2011 01:42 (UTC +04:00)
Bakı-APA. İslandiyada vulkan püskürməsi nəticəsində yayılan kül Avropanın bəzi bölgələrinə reyslərin təxirə salınmasına səbəb olub. APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Avropanın hava nəqliyyatı agentliyi Eurocontrol-un bildirdiyinə görə, son bir gün ərzində 250 uçuş ləğv edilib. Grimsvotn vulkanından qalxan duman Britaniya ərazisinə doğru irəliləyir. İslandiyanın meteorologiya mərkəzi adanın ən böyük buzlağı altında olan vulkanın hələ də 9 km-lik yüksəkliyə püskürməkdə davam etdiyini bildirir. Proqnozlar dəqiq olmasa da, vulkan dumanının Skandinaviya, Fransa və İspaniyaya çata biləcəyi təxmin edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR