Bank Of Baku

Tiflisdə icazəsiz mitinqi davam etdirən kütlə dağıdılıb

Tiflisdə icazəsiz mitinqi davam etdirən kütlə dağıdılıb
# 26 may 2011 00:51 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Tiflisdə mitinq aparan kütlə dağıdılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, gecə saat 12-dən sonra polis son dəfə aksiya iştirakçılarına parlamentin binasının ətrafını tərk etmək üçün müraciət edib. Sonra qanunsuz mitinqi dağıtmaq üçün su şırnağından, rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edilib. Ciddi xəsarət alanlar yoxdur, bir neçə aksiya iştirakçısı təcili yardım maşınları ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, onlarla iştirakçının əlləri qandallanıb və onlar uzanmış vəziyyətdə parlamentin qarşısındadırlar. Aksiyanın dağıdılması gecə saat 00.15-dən başlanıb. “Xalq yığıncağı” hərəkatının dörd nəfər üzvü saxlanılaraq polisə aparılıb. Nino Burcanadze xüsusi təyinatlı dəstələr gəlməmişdən əvvəl parlament ərazisini tərk edib. Burcanadze qeyd edib ki, mübarizə hələ bitməyib: “Onun yeni mərhələsi başlayır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR