Bank Of Baku

Tiflisdə qanunsuz aksiyada bir nəfər polis həlak olub

Tiflisdə qanunsuz aksiyada bir nəfər polis həlak olub
# 26 may 2011 01:48 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan DİN faktı təsdiqləyib. Gürcüstan DİN-nin informasiya-analitik departamentinin rəhbəri Şota Utiaşvili bu gün jurnalistlər üçün keçirdiyi brifinqdə həlak olan polisi aksiya təşkilatçılarının maşın dəstələrindən birinin vurduğunu bildirib. “Azadlıq meydanında sürətlə hərəkət edən maşın polis maşını ilə toqquşub. Nəticədə bir polis nəfəri həlak olub”.
Departament rəhbərinin məlumatına görə, qanunsuz aksiya iştirakçılarının dağıdılması zamanı 19 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib. “Onların vəziyyəti ağır deyil”, deyə Utiaşvili bildirib.
Məlumata görə, daha bir nəfər huşsuz vəziyyətdə Rustaveli prospektində tapılıb. “Təcili yardım” maşını onun meyitini xəstəxanaya aparıb.
Xatırladaq ki, “Xalq yığıncağı” hərəkatının icazəli mitinqinin vaxtı mayın 25-də gecə saat 12-də sona yetib. Bundan sonra Gürcüstanın hüquq-mühafizə orqanları dağılmaq üçün kütləyə müraciət edib. Qanuna tabe olmayan kütlə su şırnağı, gözyaşardıcı qaz və rezin güllələrlə dağıdılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR