Bank Of Baku

Lukaşenko Rusiya kütləvi informasiya vasitələrinin Belarusdan qovmağa göstəriş verib

Lukaşenko Rusiya kütləvi informasiya vasitələrinin Belarusdan qovmağa göstəriş verib
# 27 may 2011 14:08 (UTC +04:00)
Minsk-APA. Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya kütləvi informasiya vasitələrini ölkədən qovmağı tələb edib. APA-nın məlumatına görə, prezident bu tələbini ölkənin valyuta və istehlak bazarında vəziyyətə həsr olunmuş müşavirədə səsləndirib: “Daha çox Rusiya kütləvi informasiya vasitələrində isteriya hiss olunur. Reytinq qazandırmamaq üçün onların adını çəkməyəcəyəm. Lakin bu media orqanlarının bir daha ölkəmizdə qalmamsı üçün əlinizdən gələn hər şeyi edin”.

Lukaşenkonun narazılığına səbəb Belarus rublunun devalvasiya edilməsinin nəticələrinə dair dərc olunan məqalələrdir: “Bizi Rusiyanı şantaj etməkdə günahlandırırlar. Rusiya mətbuat yazır ki, Belarus baş naziri Mixail Myasnikoviç və Milli Bankın sədri Pyotr Prokopoviç süpürgə dalınca gizlənmiş siçan kimi yatırlar. Mənim haqqımda isə deyirlər ki, guya Qazaxıstana qaçmışam”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR