Bank Of Baku

Anna Politkovskayanı qətlə yetirməkdə şübhəli bilinən Rüstəm Mahmudov Çeçenistanda həbs olunub

Anna Politkovskayanı qətlə yetirməkdə şübhəli bilinən Rüstəm Mahmudov Çeçenistanda həbs olunub
# 31 may 2011 13:14 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə saxlanan şəxsin qardaşı Cəbrayıl Mahmudovun hüquqlarını müdafiə edən vəkil Murad Musayev məlumat verib.
O bildirib ki, Rüstəm Mahmudovun saxlanması istintaqın davam etdirilməsinə kömək etmiş olacaq. Hələlik Rüstəm Mahmudovun saxlanması faktı rəsmən təsdiqlənməyib. “Novaya qazeta” isə Anna Politkovskayanın qətlində şübhəli bilinən şəxsin Açxoy-Martan rayonunda keçirilən xüsusi əməliyyat zamanı saxlandığını bildirir.
Xatırladaq ki, Anna Politkovskaya 2006-cı ilin oktyabrında Moskvada öz evinin qarşısında öldürülüb. Onun qətli ilə bağlı Mahmudov qardaşları və sabiq milis işçisi Sergey Hacıqurbanova qarşı ittiham irəli sürülüb. Hər iki qardaş və Hacımuradov bu ittiham əsasında mühakimə olunsa da, 2009-cu ilin fevralında andlılar kollegiyası onların günahsız olduğu qənaətinə gəlib. Rusiya Ali Məhkəməsi isə bəraət hökmünü ləğv edərək işi yenidən istintaqa qaytarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR