Bank Of Baku

Ermənistan müxalifəti yeni parlament və prezident seçkilərini keçirilməsi uğrunda mübarizə aparacaq

Ermənistan müxalifəti yeni parlament və prezident seçkilərini keçirilməsi uğrunda mübarizə aparacaq
# 01 iyun 2011 00:27 (UTC +04:00)
Bakı-APA. Erməni Milli Konqresi ölkədə növbədənkənar parlament və prezident seçkilərini keçirməsi uğrunda mübarizə aparacaq.
APA-nın Novosti Armeniya agentliyə istinadən verdiyi xəbərə görə, bu barədə Yerevanda keçirilən mitinqdə iştirak edən “Haykakan jamanak” qəzetinin baş redaktoru Nikol Paşinyan bəyan edib.
Xatırladaq ki, Paşinyan Ermənistanın müstəqilliyinin 20-ci ildönümü münasibəti ilə elan edilmiş amnistiya əsasında mayın 31-də həbsdən azad edilib.
O Yerevanda 2008-ci ilin mart hadisələrində təqsirli bilinərək 3 il azadlıqdan məhrum olunmuşdu.
Paşinyan bildirib ki, Yerevanın Azadlıq meydanında aksiya keçirmək və siyasi məhbuslar problemi həll olunub. İndi Ermənistanda yeni siyasi situasiya yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR