Bank Of Baku

Rusiya Müdafiə Nazirliyinin Baş Hərbi Səhiyyə İdarəsinin rəisi həbs olunub

Rusiya Müdafiə Nazirliyinin Baş Hərbi Səhiyyə İdarəsinin rəisi həbs olunub
# 02 iyun 2011 10:50 (UTC +04:00)
APA-nın məlumatına görə, istintaq qrupu həmçinin MN Baş Hərbi Səhiyyə İdarəsinin şöbə rəisi, tibb xidməti polkovniki Aleksey Nikitini də həbs ediblər. Cinayət işinin təfərrüatları açıqlanmır. Müdafiə Nazirliyi cinayət işinin tədqiqində istintaqa maksimum kömək göstərəcəyini vəd edib. Xatırladaq ki, bu yaxınlarda Rusiyanın baş hərbi prokuroru Sergey Fridinski Baş Hərbi Səhiyyə İdarəsinin və Müdafiə Nazirliyinin Dövlət Sifarişi İdarəsinin qoşunların təchizatı üçün yüksək texnologiyalı tibbi avadanlığı dəyərindən 3,5 dəfə baha aldığını açıqlamışdı. Bu alqı-satqı nəticəsində dövlətə 17 milyon rubl ziyan dəyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR