Bank Of Baku

Udmurtiyadakı sursat anbarında baş verən partlayışdan sonra 28 min nəfər təxliyyə olunub

Udmurtiyadakı sursat anbarında baş verən partlayışdan sonra 28 min nəfər təxliyyə olunub
# 03 iyun 2011 07:25 (UTC +04:00)
Bakı – APA. Rusiya Federasiyasının Udmurtiya Respublikasındakı sursat anbarında baş verən partlayışdan sonra 28 min nəfər təxliyyə olunub. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, Rusiya Fövqəladə Hallar Nazirliyinin Udmurtiya üzrə Baş İdarəsi hazırda partlayışların intensivliyinin azaldığını və yaxınlıqdakı yaşayış məntəqələrinə hər hansı təhlükənin olmadığını söyləyib. Hadisədən sonra müxtəlif yaralar almış 28 nəfər xəstəxanalara müraciət edib. Onlardan 20-si ambulator müalicədən sonra buraxılıb.

Qeyd edək ki, iyunun 2-də Rusiya ordusunun Mərkəzi Hərbi Dairəsinin 102 saylı silah anbarında yanğın nəticəsində partlayışlar baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR