Bank Of Baku

“Metsamor” AES-də beynəlxalq ekspertlərin iştirakı ilə stress-testlər keçiriləcək

“Metsamor” AES-də beynəlxalq ekspertlərin iştirakı ilə stress-testlər keçiriləcək
# 03 iyun 2011 08:12 (UTC +04:00)
APA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Nüvə Təhlükəsizliyin Tənzimlənməsi üzrə Ermənistan Dövlət Komitəsinin sədri Aşot Martirosyan bildirib.

Stress-test nəticəsində əldə edilmiş nəticələr cari ilin sonuna kimi Avropa İttifaqı ekspertlərinin müzakirəsinə veriləcək. AES-də stress-test keçirmək zərurəti Yaponiyadakı atom stansiayasında qəzadan sonra Metsamor stansiyasının fövqaladə hala hazırlıq dərəcəsini yoxlamaq zərurətindən yaranıb. Planlaşdırılan testlərdə MAQATE ekspertlərinin də iştirak edəcəkləri xəbər verilir.

MAQATE nəzdindəki OSART ( Operational Safety Review Team) komissiyasının Metsamor AES-ndə bir qədər öncə apardığı yoxlamanın yekun nəticələri üç aydan sonra açıqlanacaq. Komissiyanın rəhbəri Qabor Vamoş deyib ki, hazırda yalnız texniki qeydlər hazırdır. AES-in təhlükəsizliyiə dair yekun hesabat üzərində iş gedir və ümumi rəy avgust-sentyabr aylarında elan olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR