Bank Of Baku

Ermənistanda ciddi kadr dəyişiklikləri gözlənilir

Ermənistanda ciddi kadr dəyişiklikləri gözlənilir
# 03 iyun 2011 08:29 (UTC +04:00)
Bakı-APA. Ermənistanın baş naziri yaxın zamanlarda işdən azad olunacaq. APA-nın məlumatına görə, bu barədə “Qraparak” qəzeti məlumat yayıb. Qəzet bildirir ki, hökumətdə kadr dəyişiklikləri barədə söz-söhbət bir müddət səngisə də, son zamanlar yenidən bu məsələ gündəmə gəlib: “Yaxın dövrdə hökumətdə ciddi dəyişikliklər gözlənilir. İşdən çıxarılacaq şəxslərin siyahısına baş nazir Tiqran Sərkisyan rəhbərlik edir, onu bu postda parlamentin spikeri Ovik Abramyan əvəzləyəcək”.

Qəzetin açıqladığı işdən çıxarılacaq vəzifəli şəxslər siyahısında baş nazirin müavini Armen Gevorkyan, baş prokuror və Ermənistan Polisinin rəhbəri də var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR