Bank Of Baku

Moskvanın qərbində “qeyri-leqal mühacirlər şəhəri” aşkarlanıb

Moskvanın qərbində “qeyri-leqal mühacirlər şəhəri” aşkarlanıb
# 03 iyun 2011 10:19 (UTC +04:00)
Bakı-APA. Milislər Moskvanın qərbində Özbəkistan və Tacikistandan gəlmiş əmək mühacirlərinin məskunlaşdığı “kiçik şəhər” aşkarlayıblar. APA-nın məlumatına görə, “şəhərə” metr yarım enində dəlikdən keçərək daxil olmaq mümkündür. “Şəhərdə” dörd-beş nəfərin yaşadığı evlər, ayaqyolu, əlüzyuyanlar, hamam var. Mühacirlər hətta bu gizli “şəhərdə” xırdabuynuzlu heyvanlar da saxlayıblar. “Şəhərdə” vəziyyətə Əli adlı yerli avtoritet nəzarət edib. “Şəhərdə” məskunlaşan 100-dən artıq mühacirin əl izləri götürülüb və fotoları çəkilib. Hazırda onların deportasiyası məsələsi müzakirə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR