Bank Of Baku

Tiflis Rusiyanı Gürcüstan ərazisində terror aktı hazırlamaqda ittiham edib

Tiflis Rusiyanı Gürcüstan ərazisində terror aktı hazırlamaqda ittiham edib
# 03 iyun 2011 23:48 (UTC +04:00)
Bakı-APA. Rusiya hakimiyyəti Gürcüstan ərazisində terror aktları həyata keçirməyə çalışır. Bu barədə Gürcüstan XİN-nin yaydığı bəyanatda deyilir.

Bəyanatda bildirilir ki, «2011-ci il iyunun 2-də Gürcüstan DİN növbəti terror aktının qarşısını alıb».

«Konstitusiya təhlükəsizliyi departamentinin əməkdaşları işğal olunmuş Abxaziyanın Qal rayonunun sakinləri Abesalom Çxetiya və Tamila Beniyanı saxlayıblar. Onların üzərindən 4 kq trotil ekvivalentində partlayıcı maddə aşkar edilib. Saxlanılan şəxslər onlara terror aktını həyata keçirməyi Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları İqor Vlasov və Sergey Kuzminin sifariş etdiklərini bildiriblər», deyə bəyanatla qeyd olunur.

Gürcüstan XİN bəyan edib ki, «qeyd olunan fakt Rusiyanın son zamanlar Gürcüstan ərazisində təşkil etdiyi terror aktları və bu tipli cəhdlər seriyasının davamıdır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR