Bank Of Baku

Rusiyada təbiət yanğınlarının əhatə etdiyi ərazinin həcmi ötən illə müqayisədə 3 dəfə artıb

Rusiyada təbiət yanğınlarının əhatə etdiyi ərazinin həcmi ötən illə müqayisədə 3 dəfə artıb
# 07 iyun 2011 09:07 (UTC +04:00)
Bakı – APA. Rusiyada təbiət yanğınlarının əhatə etdiyi ərazinin həcmi 2010-cu ilin analoji dövrü ilə müqayisədə 3 dəfə artıb və hazırda 618 min hektar təşkil edir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu il indiyədək Rusiya ərazisində ümumi sahəsi 617,76 min hektar olan 11,6 min nöqtədə təbiət yanğını baş verib. Ötən il isə 214,5 min hektarda yanğınlar olub.

Hazırda 182 nöqtədə və 37 min hektar sahədə yanğın davam edir. Alovlarla mübarizəyə 4,77 min nəfər və 747 ədəd texnika cəlb olunub. Ən mürəkkəb vəziyyət Yakutiya, Xabarovsk, Krasnoyarsk diyarlarında və İrkutsk vilayətində yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR