Bank Of Baku

Kişinyovda avtomobil partladılıb, 3 nəfər ölüb

Kişinyovda avtomobil partladılıb, 3 nəfər ölüb
# 07 iyun 2011 13:10 (UTC +04:00)
Bakı – APA. Moldovanın paytaxtı Kişinyov şəhərində Rusiya nömrə nişanlı “Lada” avtomobili partladılıb. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, partlayış prezident iqamətgahı və hökumət binasının yaxınlığındakı ofis mərkəzinin qarşısında baş verib.

“Reuters” agentliyi hadisə zamanı azı 3 nəfərin öldüyünə dair xəbər yayıb. Şahidlər sürücünün maşına oturub motoru işə salarkən partlayış olduğunu bildiriblər. Ölənlərin kimliyi hələlik açıqlanmayıb. Moldova Tenis Federasiyasının prezidenti İqor Tsurkan partlayış nəticəsində yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR