Bank Of Baku

Moskvadakı “Sfera” muzeyində partlayış baş verib

Moskvadakı “Sfera” muzeyində partlayış baş verib
# 08 iyun 2011 12:44 (UTC +04:00)
Bakı – APA. Moskva şəhərindəki “Sfera” elm və texnika muzeyində partlayış baş verib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, muzeyin xanım əməkdaşı elmi sınaq nümayiş etdirərkən partlayış olub. Nəticədə muzey əməkdaşı və 5 uşaq yaralanıb. Xəstəxanaya aparılan muzey işçisinin əlini kəsmək lazım gəlib. Uşaqların yaralarının dərəcəsi açıqlanmayıb.

İTAR-TASS agentliyi isə muzeyə ekskursiya çərçivəsində uşaqlara kimyəvi təcrübə nümayiş etdirilmək istənildiyi və bunun nəticəsində partlayış baş verdiyi haqda xəbər yayıb.

2007-ci ildə fəaliyyətə başlayan “Sfera” muzeyində telefonlar, mikroskoplar və fototexnika nümayiş etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR