Bank Of Baku

Rustavi metallurgiya zavodu boru istehsalını yenidən bərpa edib

Rustavi metallurgiya zavodu boru istehsalını yenidən bərpa edib
# 09 iyun 2011 22:42 (UTC +04:00)
Rustavi. Nizami Məmmədzadə-APA. Rustavi metallurgiya zavodunda yenidən boru istehsalına başlamaq qərara alınıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, iyunin 9-da zavodda tökmə sexinin açılışı olub. Tədbirdə Gürcüstanın iqtisadiyyat naziri Vera Kobaliya, Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze və digər rəsmi şəxslər iştirak edib.
Vera Kobaliya bildirib ki, yeni istifadəyə verilən tökmə sexində istehsal olunan boru müxtəlif təyinatlı olacaq və Zaqafqaziyada yeganə obyekt kimi fəaliyyət göstərəcək. Onun sözlərinə görə, sexdə istehsal olunan məhsullar bütün Avropa masştabına ixrac olunacaq. “Bu sexin açılışı yalnız Rustavi üçün yox, eləcə də Gürcüstan üçün vacibdir.”
Bölgə qubernatoru David Kirkitadze isə bu zavodda yerli əhalinin çalışacağını qeyd edib. Qubernatorun məlumatına görə, zavodda ilk günlər 500 nəfərlik iş yeri açılıb. “Sonralar burada iş yerlərinin sayı 1200 nəfərə çatdırılacaq.”
Zavod direktoru Qivi Qiqineişvili jurnalistlərə açıqlamasında Rustavi metallurgiya zavodunun ildə 350 ton məhsul istehsal edəcəyini bildirib.
Qeyd edək ki, yeni istehsal obyektinə 152 milyon dollar sərmayə yatırılıb.
Xatırladaq ki, Rustavi şəhərində təxminən 14 min azərbaycanlı yaşayır. Eyni zamanda Rustavi şəhəri yaxınlığında azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonu yerləşir. Yerli sakinlərin qeyd etdiyinə görə, zavodun öz fəaliyyətini yenidən bərpa etməsi nəticəsində azərbaycanlılar üçün də iş yerləri açılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR