Bank Of Baku

Çeçenistan müharibəsində 18 yaşlı çeçen qızı öldürməkdə ittiham olunan polkovnik Yuri Budanov Moskvada qətlə yetirilib

Çeçenistan müharibəsində 18 yaşlı çeçen qızı öldürməkdə ittiham olunan polkovnik Yuri Budanov Moskvada qətlə yetirilib
# 10 iyun 2011 11:30 (UTC +04:00)
APA-nın məlumatına görə, Rusiya Təhqiqat Komitəsi öldürülən şəxsin Çeçenistan müharibəsində iştirak etmiş, 2003-cü ildə 18 yaşlı çeçen qız Elza Kunqayevanı qətlə yetirdiyinə görə 10 il azadlıqdan məhrum edilmiş polkovnik Yuri Budanov olduğunu açıqlayıb. Yuri Budanov Komsomol prospektində naməlum şəxslərin açdığı atəş nəticəsində dünyasını dəyişib. Qatillər hadisə yerinə ağ rəngli “Mitsubishi Lancer” maşını ilə gəliblər. Cinayət zamanı istifadə olunan maşın bir qədər sonra yandırılmış vəziyyətdə tapılıb. Yuri Budanova altı güllə vurulduğu bildirilir.

Qeyd edək ki, Yuri Budanov məhkəmədə Elza Kunqayevanı silahlıların snayperi hesab etdiyi üçün öldürdüyünü bildirib. 10 il müddətinə azadlıqdan məhrum edilən Budanovun hərbi rütbəsi və mükafatları alınıb. O 2009-cu ildə vaxtından əvvəl azadlığa buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR